Pirallahıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olunub
22 noyabr 2024 | 14:39
Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, «Səs» Media Holdinqin rəhbəri Bəhruz Quliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov partiyanın əldə etdiyi uğurlardan, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsindən danışıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin ideoloji baxışlarından və siyasət fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.