Qəza qurbanları Pirallahıda da yad edildi
26 dekabr 2024 | 15:22
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
26 dekabr saat 12:00 tarixində təyyarə qəzasında həlak olanların xatirəsi ölkə ərazisində, o cümlədən Pirallahı rayonunda bir dəqiqəlik sükutla yad edildi.