Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən növbəti humanist aksiya keçirildi
03 avqust 2024 | 13:39
Azərbacan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Pirallahı Rayon Bölməsi tərəfindən şəhid ailələrinə, qazilərə, kimsəsiz qocalara, aztəminatlı ailələrə üzüm sovqatı paylanıldı. Aksiya 250 ailəni əhatə etmişdir.
Rayonda bu qəbildən olan ailələr daim diqqət mərkəzində saxlanılır. Sovqat alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildirlər.