Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin hesabat-seçki yığıncağı keçirildi
07 iyun 2024-cü il tarixində Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları , Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və fəalları iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərovanın hesabatı dinlənildi, video rolik nümayiş olundu. Təranə İskəndərova çıxış edərək hesabat dövrü ərzində görülən işlərdən danışdı. Daha sonra natiqlər son illər ərzində görülən işlərdən danışaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxıldı və Təranə İskəndərova yenidən növbəti 3 il üçün sədr seçildi.