Rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və idman müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
03 sentyabr 2026 | 15:20
3 sentyabr 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və idman müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə qarşıda duran vəzifələr və təşkilati məsələlərə dair geniş müzakirələr aparılıb. Mövcud durum, problemlər, o cümlədən sahələr üzrə əldə olunan nailiyyətlər və gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi edilib. Həmçinin təşkilat və müəssisə rəhbərlərinin problemləri dinlənilib, cari ilin sentyabr-dekabr ayları ərzində planlaşdırılan tədbirlər haqqında tapşırıqlar verilərək bildirilib ki, rayonda fəaliyyət göstərən təşkilatlar qarşılıqlı və operativ şəkildə fəaliyyət göstərməli, işlərini uyğun formada tənzimləməlidirlər.







