Rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və idman müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
16 aprel 2026 | 12:18
15 aprel 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və idman müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşün əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunan “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar görüləcək işlər, qarşıda duran vəzifələr və təşkilati məsələlərin müzakirəsi olub.
Eyni zamanda, təhsil müəssisələrində davamiyyətin gücləndirilməsi məqsədilə mütəmadi reyd və monitorinqlərin keçirilməsi, məktəbli geyim qaydalarına ciddi nəzarətin təmin olunması, eləcə də məktəblərdə təşkil edilən tədbirlərin keyfiyyətinin və əhatəliliyinin artırılması tapşırılıb.
Bununla yanaşı, mədəniyyət müəssisələri və kitabxanalar tərəfindən maarifləndirici tədbirlərin genişləndirilməsi və oxu mədəniyyətinin təşviqi ilə bağlı işlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda Zülfiyyə Məmmədhüseynova tərəfindən aidiyyəti qurum rəhbərlərinə verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyi diqqətə çatdırılıb.






