Rayon ictimaiyyəti tərəfindən “Memorial Soyqırım Muzeyi” və “Ana harayı” abidəsi ziyarət olundu
27 fevral 2023 | 12:33
Bəşər tarixində ən dəhşətli faciələrdən və qətliamlardan olan Xocalı soyqırımıının 31-ci ildönümü qeyd olunur. Erməniistan silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikasının, hərbçilərinin yaxından iştirakı ilə qədim insan məskənlərindən biri, tarixi abidələrlə zəngin olan Xocalının dinc sakinlərinə qarşı törətdikləri amansız vəhşiliklərin təkcə xalqımıza qarşı deyil, ümumiyyətlə bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxalq cinayətdir. Faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 8 ailə bütünlüklə məhv olmuş, şəhər yerlə-yeksan edilmişdir.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilmişdir. Erməni cəlladlarının törətdikləri bu qanlı cinayət qan yaddaşımızdan heç zaman silinməyəcəkdir. Bakı şəhərində ucaldılmış “Ana harayı” abidə kompleksi xalqımızın faciə qurbanlarının xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür.
Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda yerləşən idarə, müəsisə və təşkilatların kollektivləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində olmuşlar. Ziyarətçilər zəngin tarixi sənədlər, fotolar və video matreallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondunda erməni qəsbkarlarının törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar əldə etdilər.
Qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Pirallahı Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin 200-ə yaxın nümayəndəsi faciə qurbanlarının xatirəsinə ucaldılmış“Ana harayı” abidəsini ziyarət ediblər. Faciədə həlak olan soydaşlarımızın unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilmiş və abidə önünə gül dəstələri qoyulmuşdur.
Qeyd edək ki, Azərbaycanın bütün ərazisində, o cümlədən də Pirallahı rayonunda, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.