Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ictimaiyyətinin nümayəndələri "Ana harayı” abidəsini ziyarət etdilər

26 fevral 2026 | 19:45
    26 fevral 2026-cı il tarixində bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət etdilər. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə qərənfillər düzülüb.
      Qeyd edək ki, bu gün  saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkə ərazisində, o cümlədən Pirallahı rayonunda bir dəqiqəlik sükutla yad edildi. Bu gün ölkə ərazisində Xocalı soyqırımı günü ilə əlaqədar Azərbaycanın dövlət bayraqları endirildi.
Keçidlər