Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib

20 yanvar 2026 | 17:53
       Yanvarın 20-də Pirallahı Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.  Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.
       Qeyd edək ki, yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin xatirəsi ölkə ərazisində, o cümlədən Pirallahı rayonunda bir dəqiqəlik sükutla yad edildi. Bu gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirildi.
      Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq!
       Allah rəhmət eləsin!
Keçidlər