Rayonumuz Qanvermə aksiyasında fərqləndi
14 iyun 2022 | 11:47
Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 may 2022-ci il tarixdə Pirallahı Tibb Mərkəzində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada 200 nəfər rayon sakini könüllü olaraq iştirak etmiş, onlardan 105 nəfərindən qan götürülmüşdür.
Qan donorluğunda fəal iştirakına və minlərlə ehtiyacı olan insanın həyatını xilas etdiyinə görə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən Pirallahı Rayon İcra Hakimiyyəti “Təşəkkürnamə” ilə təltif edilmişdir.