Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilmişdir

31 yanvar 2025 | 17:19
      31 yanvar 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “2 fevral-Gənclər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak etmişdir.
       İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
        Tədbiri giriş nitqi ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev gəncləri təbrik edərək bildirmişdir ki, Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə dövlət gənclər siyasəti həyata keçirilir. Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi olaraq  Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal qüvvəyə çevrilmiş, dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır. Bu cür milli ruha, sağlam əqidəyə, intellektual dünyagörüşə malik gənclərimizin fəaliyyəti dövlətimizin sabahına daha inamla baxmağa əsas verir.  Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə hərbi məktəb açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Ümummilli Liderin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata  keçirən Gənclər və İdman Nazirliyi yaradılmış, 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Ümummilli liderin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də hər zaman gənclərin yanında olaraq dəstək və qayğısını əsirgəmir. Ölkə başçısı tərəfindən gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi də onlara olan inamdan irəli gəlir.
      Sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Natiq Pirallahı rayonunda gəncliyin inkişafı ilə bağlı görülən işlərdən və idmançılarımızın əldə etdiyi nailiyyətlərdən danışmışdır. Gənclərimiz təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq rayonumuzu layiqli təmsil edirlər. Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər.
        Daha sonra təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri mövzu ətrafında çıxış edərək, bu əlamətdar gün münasibətilə gəncləri təbrik etdilər.
      Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc “Təşəkkürnamə” və hədiyyələrlə təltif olunmuş, xatirə şəkli çəkdirilmişdir.

 

Keçidlər