Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Bilik Günü” tədbirləri keçirildi

16 sentyabr 2024 | 15:56
      Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində ənənəvi "Bilik günü" tədbirləri böyük coşqu ilə qeyd olundu. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb kollektivləri, şagirdlər və valideynlər iştirak etdilər.
     Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan rədbirlərdə RİH başçısı Aparatının məsul əməkdaşları çıxış edərək, şagirdləri, müəllimləri və valideynləri yeni tədris ilinin başlaması münasibətilə təbrik etdi, 2024-2025-ci tədris ili üçün hər kəsə uğurlar arzuladılar. Çıxışlarda vurğulandı ki, ötən il Pirallahı rayonu üçün uğurlu olub, ali məktəblərə qəbulda rayon məktəbliləri yüksək nəticələr göstərib. Natiqlər əldə olunan bu uğurların ölkə başçısı İlham Əliyevin təhsil sahəsində imzaladığı proqramlar və birinci xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsinə verdiyi töhfələrin nəticəsi olduğunu qeyd etdilər. Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətini davam etdirən Prezident İlham Əliyevin təhsilə göstərdiyi xüsusi qayğı xüsusilə vurğulandı.
        Tədbir birincilərin təqdimatları və on birincilərin təbrikləri ilə davam etdi. Birincilər ilk zəngi səsləndirərək, yeni tədris ilini rəsmi olaraq açıq elan etdilər. İlk dərs Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin əmrinə uyğun olaraq, II-XI siniflərdə "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olundu. Dərs zamanı ekoloji məsuliyyət və ətraf mühitin qorunmasının vacibliyi izah edildi.
Keçidlər