Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda bilik yarışması və idman turniri keçirllib

20 dekabr 2024 | 17:39
      19-20 dekabr 2024-cü il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Pirallahı rayonunda yerləşən təhsil müəssisələrinin şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı, təhsil işçiləri arasında isə voleybol turniri keçirilib. Keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova, rayonda fəaliyyət göstərən təhsil müəssisələlrinin müəllim və şagird kollektivləri iştirak etmişdir.
     Gərgin və maraqlı mübarizə şəraitində keçən hər iki yarışmanın nəticələri aşağıdakı kimi olmuşdur:
 
     “Nə? Harada? Nə zaman?” intellektual yarışının yekun nəticəsinə görə:
      1-ci yer - 243 nömrəli tam orta məktəbin “Zəfər” komandası.
      2-ci yer - 186 nömrəli tam orta məktəbin “Zirvə”  komandası.
      3-cü yer -168 nömrəli tam orta məktəbin “Qarabağ”  komandası 
     
     Təhsil işçiləri arasında voleybol turnirinin yekun nəticəsinə görə:
      1-ci yer - 168 nömrəli tam orta məktəbin komandası
      2-ci yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası
      3- cü yer - 186 nömrəli tam orta məktəbin komandası 
 
      Qalib komandaların mükafatlandırma mərasimində çıxış edən natiqlər qələbə münasibətilə hər bir komandanı  təbrik edərək qeyd etdilər ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayramın dövlət səviyyəsində qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyev xalqı öz ətrafında birləşdirırək birliyimizin bünövrəsini qoydu. Bu gün də xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək xalq-dövlət həmrəyliyini əzmlə davam etdirir.
     Yekunda qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin kubok, diplom, medal, hədiyələrləri təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.
Keçidlər