Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda ekoloji tədbirlərin həyata keçirilməsi davam etdirilir

20 iyun 2023 | 17:11

     Gürgən qəsəbəsindən  keçən su kanalının lildən və məişət tullantılarından təmizlənməsi işləri həyata keçirilir. Bildirək ki, sözü gedən kanal başlanğıcını Ceyranbatan su anbarından götürür və Abşeron yarımadasının bir sıra qəsəbələrindən keçərək təyinatı üzrə (suvarma) istifadə edilir. İstifadəsiz qalan su isə Gürgən qəsəbəsi ərazisindən keçərək vaxtilə dənizə axıdılmışdır. Vətəndaşların kanalın hövzəsini çirkləndirməsi həmçinin kanal vasitəsi ilə qəsəbə ərazisinə axıdılan məişət tullantıları və sakinlərin şəhərsalma  norma və qaydalarını pozaraq kanalın mühafizə zolağına qanunsuz müdaxilələri antisanitar vəziyyətin yaranmasına səbəb olmuşdur.

     Məlumat üçün bildirək ki, su kanalının 73 km uzunluğu var, 41 nasos o kanaldan su götürür və 18 000 hektar ərazi sulanır. Gürgən qəsəbəsinin ərazisində isə beton su kanalının uzunluğu 1500 p/m təşkil edir. Bu məsafənin 760 p/m hissəsi normal vəziyyətdədir .

     Ərazidə sanitar-epidemioloji vəziyyətin, insanların sağlam və təhlükəsiz yaşayışının, habelə ətraf mühitin mühafizəsi və bərpasının, həmçinin sözügedən kanalın fəaliyyətinin təmin edilməsi məqsədilə və əhalinin müraciətlərini nəzərə alaraq, kanalda və ətrafında aidiyyəti qurumların iştirakı ilə müvafiq texnikalar cəlb edilməklə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

     Həmçinin ərazinin təmizliyinə cavabdeh olan qurumlara və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artırılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması barədə müvafiq tapşırıqlar verilib.

Keçidlər