Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir

16 fevral 2024 | 18:08
      Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. Beynəlxalq konfransın ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunub. Bu ölkəmiz üçün növbəti böyük uğurdur. COP29-un ölkəmizdə keçirilməsi qərarının verilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir. Son illərdə ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizədə böyük işlər görülür. İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. 
     Respublikamızın bütün bölgələrdə olduğu kimi, Pirallahıda da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. “IDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən çox ağac, o  cümlədən  Eldar  şamı, zeytun, çinar, sərv, palma, rosemarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad)  əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Qeyd olunmalıdır ki, aparılan bu işlər sakinlər tərəfindən hər zaman müsbət qarşılanır və görülən işlərə görə rayon əhalisi ölkə başçısı cənab İlham Əliyevə hər zaman öz minnətdarlıqlarını bildirirlər.  Yaşıl adaya çevrilməkdə olan Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparilan addimlar bu tarixi məkanın özünəməxsusluğunu qorumaqla bərabər onun müasir simasını göz oxşayacaq qədər tanınmaz edir.
Keçidlər