Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya, məişət və gender əsaslı zorakılıqla mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

09 oktyabr 2023 | 14:47
       2023-cü il 9 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdəNarkomaniya, məişət və  gender əsaslı zorakılıqla mübarizə, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri, insan hüquq və azadlıqlarının müdafiəsi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
     Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, RİH başçısı Aparatının məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak etmişdir.
      Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır. Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində yoxsulluğun səviyyəsi xeyli aşağı salınmış, gender zorakılığı, riskli ailələrin müəyyən edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin və uşaqların müdafiəsi, onlara müvafiq yardımların göstərilməsi və qarşısının alınması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir çox uğurlar əldə edilmişdir.
       Məişət, gender və uşaq zorakılığının probleminin aspektləri əsasən maddi-məişət şəraitinin qeyri-qənaətbəxş olması, ailə münasibətlərinin normal olmamasıdır. Həmin pozuntulara qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması, ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsidir. Bu sahədə səmərəli işlər görülməklə müvafiq normativ aktlar, dövlət proqramları qəbul edilmiş və aidiyyəti üzrə əməli tədbirlər həyata keçirilməkdədir. Zorakılığın qarşısının alınması multisektoral yanaşma tələb edir, yəni bu fəaliyyətə hüquq mühafizə sisteminin, qəyyumluq və himayə orqanlarının, sosial və pedaqoji dairələrin, tibbi və psixoloji xidmətlərin əməkdaşları cəlb edilməlidirlər. Bu sahədə səmərəli işin təşkili üçün tibb, polis və sosial xidmətlər arasında informasiya mübadiləsi vacibdir və bu proseslər birlikdə həyata keçirilir.
          Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər