Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda növbəti səyyar görüş keçirildi

07 may 2022 | 10:21

     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Pirallahı rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 06 may 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
      İcra Hakimiyyətinin başçısı Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
       Natiq qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Qeyd edildi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ölkəmizi tərəqqiyə, millətimizi parlaq gələcəyə, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir.
         Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir. Ümumilli lider Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev son 19 ildə ölkəmizi yeni uğurlara və Zəfərlərə aparmışdır. Qeyd edildi ki, Şəhid ailələri və müharibə əlilləri dövlətimizin diqqət mərkəzindədir. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri əsasında şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Belə ki, son 19 il ərzində yüzlərlə şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunub. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə Vətən savaşından sonra gerçəkləşdirilən sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış komp¬leksinin açılışında iştirakları da bunun parlaq nümunəsidir.
        May ayının 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin çıxışına toxunan Vasif İmanov bildirdi ki, Azərbaycanın işğal olunmuş digər əraziləri kimi Zəngilan rayonu da erməni vandalizimindən əziyyət çəkib. Bu gün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Ölkə başçısı mütəmadi olaraq həmin ərazilərə səfər edir, görülən işlərlə tanış olur, müvafiq tapşırıqlar verir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda  böyük infrastruktur layihələr həyata keçiriləcəkdir. Ölkə başçısının sözü ilə desək Zəngilan nəqliyyat logistika mərkəzinə çevriləcək. Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.  Horadiz-Ağbənd dəmir yolunun inşası da sürətlə aparılır. Bu dəmir yolu beynəlxalq yükdaşımaları üçün istifadə olunacaq. Nəticədə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaq.
       Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, su xəttinin çəkilməsi, xeyir-şər evinin tikintisi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər