Rayonumuzda Novruz Bayramı münasibətilə humanitar aksiya keçirildi
18 mart 2024 | 16:38
Martın 18-də Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının dəstəyi ilə rayon ərazisində yaşayan şəhid, müharibə veteranı, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanılmışdır. 100-dən çox ailəni əhatə edən aksiya çərçivəsində ailələr evlərində ziyarət edilərək qarşıdan gələn milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı münasibəti ilə təbrik edilmiş, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirilmiş, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin diqqətində olduğu vurğulanmışdır.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürlərini bildirmişlər.