Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə iməcilik aksiyası keçirildi

09 mart 2024 | 12:58

     9 mart 2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü  ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi,  Pirallahı rayonunda  da “Novruz bayramını təmiz şəhərlə qarşılayaq”  devizi  ilə iməcilik aksiyası keçirildi.

     Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.

    Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Keçidlər