Rayonumuzda qəyyumluğa və himayəyə verilmiş uşaqların monitorinqi aparılır və yardımlar göstərilir
Azərbaycan Respublikasının Konstitusiyasına və normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının və qanuni mənafelərinin, sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” (bundan sonra Komissiya) yaradılmışdır.
Müntəzəm olaraq rayon ərazisində valideyn himayəsindən məhrum olmuş uşaqlara, həmçinin digər qəyyum və himayədə olan uşaqlara ərzaq, geyim, qəyyum və himayəçiləri tərəfindən qaldırılan müxtəlif məsələlər ilə bağlı digər yardımlar və köməkliklər göstərilir.
Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 21 iyul 2023-cü il tarixdə də rayon üzrə qəyyumluqda və ya himayədə olanların növbəti monitorinqi aparılmışdır. Monitorinq zamanı qəyyumluqda və ya himayədə olan uşaqlara geyimlər təqdim edilmişdir.