Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda qəyyumluğa və himayəyə verilmiş uşaqların müntəzəm monitorinqi aparılır

10 iyul 2023 | 12:34

      Azərbaycan Respublikasının Konstitusiyasına və normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının və qanuni mənafelərinin,  sağlamlıqlarının  qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” (bundan sonra Komissiya) yaradılmışdır.

     Yetkinlik yaşına çatmayanların və gənclərin hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi, aradan qaldırılması, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə aidiyyəti orqan, idarə, müəssisə və təşkilatlarla əlaqələr qurulmuşdur.

     Komissiya tərəfindən qəyyumluğa və himayəyə verilmiş valideyn himayəsindən məhrum uşaqların ailələrdə müntəzəm monitorinqi həyata keçirilir. 10 iyul 2023-cü il tarixdə də rayon üzrə qəyyumluqda və ya himayədə olanların növbəti monitorinqi aparılmışdır. Monitorinq zamanı qəyyumluqda və ya himayədə olan yetkinlik yaşına çatmayanlarla fərdi söhbətlər aparılmış, onların qəyyum və himayəçilərinə müvafiq tövsiyələr verilmişdir.

Keçidlər