Rayonumuzda Ramazan Bayramı münasibətilə humanitar aksiya keçirildi
09 aprel 2024 | 19:57
Şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə, Ramazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həmin kateqoriyadan olan ailələrə bayram sovqatı paylanılmışdır.
Humanitar aksiya çərçivəsində 50 ailəyə yardım göstərilmişdir. Yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.