Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Ramazan Bayramı münasibətilə humanitar aksiya keçirildi

21 aprel 2023 | 10:52
      Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı mərhəmət və lütfün ən yüksək dərəcədə təzahür edildiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Pirallahı Rayon İcra Hakimiyyətinin və QAC-nin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində yardıma ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanılıb.  Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər