Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda şəhidlərin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib

06 aprel 2024 | 17:42
       Pirallahı rayonunda Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin  təşkilatçılığı ilə uşaq futbolunun inkişafı, sağlam həyat tərzinin təşviqi və futbolun kütləviliyinin təmin olunması məqsədilə rayon məktəbliləri arasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilmişdir.
      4-6 aprel 2024-cü il tarixləri arasında baş tutmuş turnirdə rayonda fəaliyyət göstərən 5 məktəbin komandaları iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən oyunlar nəticəsində 168 nömrəli tam orta məktəbin komandası qalib gələrək birinci yeri tutmuşdur.  Müvafiq olaraq ikinci yerin sahibi 186 nömrəli tam orta məktəb, üçüncü yerin sahibi isə Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası olmuşdur.
      Turnirdən sonra baş tutan mükafatlandırılma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyi Pirallahı rayon filialının üzvləri,  şəhid ailələri iştirak etmişdir.
      Sonda turnirdə fərqlənən komandalar qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmış, onlara diplom və kuboklar təqdim edilmiş, xatirə şəkili çəkdirilmişdir.
Keçidlər