Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səhiyyə işçiləri ilə görüş keçirildi

07 sentyabr 2022 | 15:31

       07 sentyabr 2022-ci il tarixində Pirallahı Tibb Mərkəzində səhiyyə işçiləri ilə Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət,  Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü  Rauf Əliyevin görüşü keçirilib. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov iştirak etmişdir.  

   Görüşü Vəzir Səfixanov açaraq, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər barədə ətraflı məlumat verdi. Cənab Prezidentin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan danışan natiq Pirallahı  rayonunun səhiyyəsində əldə edilən uğurlardan söz açaraq qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət  nəticəsində bu gün vətəndaşların sosial müdafəsinin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əsaslı nailiyyətlər əldə olunmuşdur.

      Millət vəkili Rauf Əliyev səhiyyə sahəsində əldə edilən uğurlardan söz açaraq, səhiyyə işçilərinin daim ölkə prezidentini dəstəklədiklərini, onun həyata keçirdiyi siyasətdə fəal iştirak edəcəklərini əminliklə vurğulamışdır. Millət vəkili qeyd etmişdir ki, bu gün Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Bütün bunların mahiyyətində cənab İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. Diskussiya şəraitində keçən görüşdə millət vəkili Rauf Əliyev tibb işçilərinin iş şəraiti ilə yaxından tanış olmuş, onların təkliflərini dinləmiş, səhiyyə işçilərini maraqlandıran sualları ətraflı cavablandırmışdır.

     Görüşdə tibb işçiləri onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər