Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

16 avqust 2023 | 16:38
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
      İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 16 avqust 2023-cü il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
     V.İmanov görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Qeyd edildi ki, Prezident  İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin prinsiplərindəndir.
      Sonra RİH başçısı bildirdi ki, ölkəmizin bütün guşələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bu baxımdan Pirallahı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir.  “Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Eyni zamanda, bildirildi ki, Pirallahı rayonunda Əmək Yarmarkası keçiriləcəkdir. Yarmarka 18 avqust saat 10:00-12:00 arası Pirallahı Gənclər Mərkəzində baş tutacaq.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma,  fərdi yaşayış evinin təmiri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər