Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda səyyar qəbullar davam etdirilir

08 fevral 2023 | 17:19
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş 8 fevral  2023-ci il tarixində Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri, sakinlər iştirak etdilər.
     Vasif İmanov öz çıxışında bildirdi ki, fevralın 6-sında Türkiyənin cənub-şərqində 7,4 maqnitudasında güclü zəlzələ baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 8 mindən çox insan həyatını itirib, yaralıların sayı 50 minə yüksəlib. Bildirildi ki, Azərbaycan və qardaş Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir–birlərinə sevgi və dəstək göstəriblər. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Türkiyəyə ilkin yardımla bağlı zəruri vasitələr olan ikinci təyyarə də yola salınıb ki, bu təyyarədə tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr yer alıb.
      Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Bildirildi ki, 03 fevral 2023-cü il tarixdə paytaxt Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimi baş tutdu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçirilən tədbirlər və edilən çıxışlar Avropanın ölkəmizə nə qədər əhəmiyyət verdiyindən xəbər verir. Bu isə onu göstərir ki, qloballaşan dünyada dəyişən proseslərə çevik reaksiya verən ölkəmizin uğurla həyata keçirdiyi yeni layihələr və enerji marşrutları beynəlxalq aləmin daha çox diqqətini cəlb edir.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, sahibsiz küçə heyvanlarının  yığışdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər