Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur

14 iyun 2025 | 13:58
         14 iyun 2025-ci il tarixində respublikanın bütün regionlarında olduğu kimi, Pirallahı rayon məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
           Təntənəli şəkildə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova və Aparatın məsul əməkdaşları, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
     “Son zəng” tədbirlərində iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşları məzunları əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik edərək, onlara xoş arzularını bildirmiş, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etmişlər. 2024-2025-ci tədris ilinin uğurlarından söz açılaraq qeyd edilmişdir ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu sahəyə verilən yüksək dəyərin bariz ifadəsidir. Məhz onun müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müəllimlərin sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr – məktəb tikintiləri, təhsil ocaqlarının əsaslı təmiri, müasir avadanlıqla təminatı və innovativ təhsil təşəbbüsləri bu sahəyə olan xüsusi qayğının bariz nümunəsidir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı minlərlə şagird və müəllim üçün yüksək təhsil şəraitinin yaradılmasına xidmət edir.  Natiqlər bildirmişlər ki, 2024-2025-ci tədris ili üzrə Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində ümumilikdə 12 sinif üzrə 222 şagird məzun olmuşdur.
        Daha sonra tədbirlər məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirilmişdir.

 

 

Keçidlər