Rayonumuzda Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə humanitar aksiya keçirildi
10 may 2024 | 16:05
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz lider, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, müasir müstəqil Azərbaycanın qurucusu kimi qalmışdır və qalacaqdır. O, mürəkkəb tarixi-siyasi sınaqlardan xalqını uğurla çıxarmış və müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Pirallahı rayonunda humanitar aksiya keçirilmişdir. Dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsindən biri də şəhid ailələrinə, müharibə iştirakçılarına və əlillərinə, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, mənəvi dəstəyi göstərməkdir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid ailələri, müharibə veteranları və əlilləri, həmçinin həssas təbəqədən olan 50 ailəyə ərzaq yardımı paylanılmışdır. Yardım alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.