Rayonumuzda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
24 fevral 2023 | 18:07
Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil və mədəniyyət müəssisəllərində Xocalı faciəsinin 31-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilmiş tədbirlərdə Ümummilli lider Heydər Əliyevin, faciə qurbanlarının və şəhidlərin əziz xatirəsi yad edilmiş, XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Keçirilən tədbirlərdə şagirdlərin hazırladıqları Xocalı soyqırımı qurbanlarına həsr olunmuş kompozisiyalar nümayiş olunmuş, şerlər səsləndirilmişdir.