Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir

31 may 2024 | 17:22
      Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. 
      "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mütəmadi olaraq rayonda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. “IDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən çox ağac və gül kolları əkilmiş və yaşıllaşdırma işləri davam etdirilməkdədir. Rayon ərazisində məhəllə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, ağacların budanması, hasarların rənglənməsi, küçələrdə səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir. Həmçinin, rayonun küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasad hissəsində memarlıq və şəhərsalma normalarına və beynəlxalq standartlara uyğun olaraq təmir bərpa işləri aparılır.
      Qeyd edək ki, aparılan bu işlər sakinlər tərəfindən hər zaman müsbət qarşılanır və görülən işlərə görə rayon əhalisi ölkə başçısı cənab İlham Əliyevə hər zaman öz minnətdarlıqlarını bildirirlər.  Yaşıl adaya çevrilməkdə olan Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri, ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar bu tarixi məkanın özünəməxsusluğunu qorumaqla bərabər onun müasir simasını göz oxşayacaq qədər tanınmaz edir.
Keçidlər