Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda yeni sosial layihə

16 yanvar 2023 | 12:55
     Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni sosial layihənin icrasına başlanılmışdır. Belə ki, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Türkiyənin “Green Recycle” şirkəti tərəfindən istifadə olunmuş geyim, ayaqqabı və tekstil məhsullarının  çeşidlənərək ehtiyacı olan ailələrə verilməsi, təkrar emala göndərilməsi məqsədi ilə insanların sıx yaşadığı yerlərdə 50-yə yaxın xüsusi tipli konteyner yerləşdirilmişdir.
     Mənzil-Kommunal İstismar Sahələri tərəfindən sakinlərin sözügedən sosial layihəyə dəstək olmaları üçün xidməti ərazilərdə maarifləndirici tədbirlər həyata keçirilir.

 

Keçidlər