Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda ”Yol nişanlarına diqqət edək!” adlı maarifləndirici təlim keçirilmişdir

01 dekabr 2023 | 14:46
      1 dekabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin birgə təşkilatçılığı ilə ”Yol nişanlarına diqqət edək!” adlı maarifləndirici təlim təşkil edilmişdir.
         Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdir. Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və yol nişanlarının mənasını öyrətmək məqsədilə keçirilən təlimdə şagirdlərə yol nişanları haqqında məlumat verilmiş, yol hərəkəti qaydalarına diqqət etməyin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması əsas şərtlərdəndir.
      Təlim uşaqlar tərəfindən böyük  maraq və coşqu ilə qarşılanmışdır. Sonda Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən  şagirdləri maraqlandıran yol hərəkəti qaydaları və nişanları haqqında suallar cavablandırılmış və xatirə şəkli çəkdirilmişdir.
Keçidlər