Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun ümumtəhsil müəssisələrində "idman həftəsi" çərçivəsində müxtəlif idman yarışları keçirilmişdir

06 mart 2023 | 16:24
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilməkdədir. Bununla əlaqədar ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsi tətbiq olunmaqdadır. Həftə ərzində layihə çərçivəsində Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Belə ki, məktəblərdə şagirdlərin iştirakı ilə səhər gimnastikası, nümunəvi çıxışlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilmiş, maarifləndirici görüşlər, müsabiqələr, şagirdlərin mükafatlandırması və digər tədbirlər təşkil edilmişdir. Bu layihə yeniyetmələrin sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində qarşıya qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
      Onu da qeyd edək ki, ilin əvvəlindən etibarən ölkə ərazisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə təsdiq edilmiş “Sağlam Həyat” layihəsi də icra olunmaqdadır ki, bu layihə də bənzər məqsədləri ehtiva edir. Sözügedən layihə əhalinin müxtəlif yaş qruplarını əhatə edir və insanların fiziki tərbiyə sisteminin normativ əsasını təşkil edir. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır.

 

Keçidlər