Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal İcra Hakimiyyəti İnformasiya Sisteminin (rih.gov.az) fəaliyyəti ilə bağlı maarifləndirici tədbir keçirildi

28 aprel 2022 | 11:46

     Aprelin 28-də Rəqəmsal İcra Hakimiyyəti İnformasiya Sisteminin (rih.gov.az) fəaliyyəti ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici tədbir keçirildi. Tədbirdə elektron dövlət xidmətləri, elektron hökumət konsepsiyası və strategiyası haqqında geniş məlumat verilib, “Rəqəmsal icra hakimiyyəti” portalının funksionallıqları və imkanları haqqında tədbir iştirakçılarına məlumat təqdim olunub.
      Tədbir zamanı  portalın istifadəsinə dair təlimat verilib, sorğuların qəbul edilməsi, emalı, icra edilməsi, habelə digər istiqamətlər üzrə onları maraqlandıran suallar cavablandırılıb.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya Təminatı və təhlil sektorunun müdiri Rüfət Əhmədov qeyd etdi ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edir. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulub, bu məqsədlə portalda xüsusi bölmə yaradılıb. “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir.
       Sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Samir Hüseynov RİH tərəfindən həyata keçirilən dövlət xidmətləri, Sənədlərlə və vətəndaşlarin müraciətləri ilə iş şöbəsinin müdiri Səadət İsmayılova görülən işlər barədə ətraflı məlumatlar verdi.

Keçidlər