RİH-nin başçısının iştirakı ilə Pirallahı qəsəbəsində monitorinq keçirildi
24 avqust 2022 | 16:35
24 avqust 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbəsində yerləşən küçə və məhəllələrə baxış keçirmişdir. Monitorinqdə, həmçinin, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Rayon rəhbəri həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olmuş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
RİH başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Pirallahıda da uğurla həyata keçirilir. V.İmanov sakinlərə abad küçələrin ətrafında səliqə-səhmana daim fikir verilməsini, yol kənarlarında yaşıllıqların salınmasını, sərv ağaclarının əkilməsini tövsiyə etmişdir.