Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib

29 mart 2024 | 17:08
       29 mart 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunlarının Pirallahı rayonu üzrə rayon birinciliyi keçirillib. Tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin çağrışaqədərki hazırlıq rəhbərləri və məktəblilər iştirak etmişdir.
        İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
       Tədbirdə çıxış edən natiqlər yarışda iştirak edən komandaları salamlayaraq onların hər birinə uğurlar arzulamıdır. Bildirilmişdir ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
         Yarışda iştirak edən 186 nömrəli tam orta məktəbin məktəbliləri birinci yeri tutaraq Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinə vəsiqə qazanıblar. 243 və 168 nömrəli tam orta məktəbin məktəbliləri  isə müvafiq olaraq ikinci və üçüncü yerləri qazanmışdır.Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılmış, xatirə şəkili çəkdirilmişdir.
Keçidlər