Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib

10 aprel 2025 | 15:41
       10 aprel 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirillib. Tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin çağrışaqədərki hazırlıq rəhbərləri və məktəblilər iştirak etmişdir.
        İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
       Tədbirdə çıxış edən natiqlər yarışda iştirak edən komandaları salamlayaraq onların hər birinə uğurlar arzulamışdır. Bildirilmişdir ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, hərbi sarğı və mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
      Yarışda iştirak edən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin məktəbliləri birinci yeri tutaraq Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinə vəsiqə qazanıblar. Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası ikinci, 186 nömrəli tam orta məktəbin məktəbliləri  isə üçüncü yerə layiq görüldülər.
       Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılmışdır.
Keçidlər