Şriftin ölçüsü :

Saytın rəngi :

Şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüş keçirilib

03 mart 2023 | 17:54
3 mart 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyəti və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin  akt zalında şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi ilə görüş keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələr və şair sevərlər iştirak etmişlər.
       İlk olaraq Ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin və vəfat edən dəyərli yazıçı və şairlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
      Tədbirin aparıcısı qonaqları salamlayaraq şair, yazıçı, kinodramaturq İlqar Fəhminin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat vermişdir.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edərək qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlamışdır. Ədəbiyyat, kino, teatr, musiqi tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.      İ.Fəhmi yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışan natiq şairə rayon ictimaiyyəti ilə görüşə gəldiyi üçün təşəkkür edərək ona ədəbi yaradıcılığında uğurlar arzulamışdır.
        Sonra şair, yazıçı, kinodramaturq Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi Ilqar Fəhmi rayon ictimaiyyəti ilə görüşdən böyük məmnunluq hissi keçirdiyini söyləyərək bu görüşün təşkil olunmasına görə rayon rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə öz minnətdarlığını bildirmişdir. O, yaradıcılığı haqqında geniş danışaraq, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edərək ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb.  Gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirən şair yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini görüş iştirakçıları ilə paylaşmışdır.
      Daha sonra İlqar Fəhmi poeziyasının vurğunu olan gənc nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndirmişlər. Tar-kaman qrupunun müşayəti ilə xanəndə Tahir Salmanov gözəl musiqilər ilə tədbirə rəngarənglik qatmışdır. Görüş çox maraqlı və şən əhval-ruhiyyədə yekunlaşmışdır.
Keçidlər