Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüşü keçirildi

21 oktyabr 2022 | 17:16
    Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 21 oktyabr 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
       Vasif İmanov qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı tez-tez həmin ərazilərə səfər edir, yerlərdə müvafiq taşırıqlar verir. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Bildirildi ki, ölkə başçısı cənab İlham Əliyevin oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonunlarına səfəri baş tutdu. Səfər zamanı ölkə başçısı Ağalı kəndinin sakinləri ilə görüşdü. Oktyabrın 20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Relyefin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaratdı, həm də bölgənin bərpasını sürətləndirdi. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi həm bu bölgədə yaşayan insanların rifahını təmin edəcək, həm də bölgənin turizm imkanlarını artıracaq. Bununla da, işğaldan azad olunmuş ərazilərimiz iri nəqliyyat qovşağına çevriləcək
Həmçinin qeyd edildi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən hələ də qarşılıq verilməyib və hətta Ermənistan tərəfi sərhəddə yeni təxribatlara əl ataraq sülh danışıqlarını süni şəkildə pozmağa çalışır. Lakin ölkə başçısı cənab İlham Əliyevin Praqa görüşündən sonra verdiyi açıqlama və hal hazırki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.
      Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, qaz xəttinin çəkilməsi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qəbuldan razı qalan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər