Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi ziyarət olundu

17 mart 2025 | 15:34
      Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
    Şəhid baş leytenant Babayev Vüsal Sübbuh oğlu da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
      Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri və üzvləri 15.03.2025-ci il tarixdə şəhid Babayev Vüsal Sübbuh oğlunun ailəsini ziyarət etmiş, şəhidin övladının ad gününün qeyd olunmasında iştirak olunmuş və uşaqlara hədiyyələr təqdim edilmişdir.
      Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.
Keçidlər