Şəhid ailəsi ziyarət olundu
13 mart 2023 | 15:49
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhid baş leytenant Babayev Vüsal Sübbuh oğluda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
Martın 12-də igid Vətən oğlunun övladı Selcan Babayevanın 6 yaşı tamam oldu.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri və üzvləri şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin övladlarına hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhid ailəsi onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirmişdir.