Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atasının 65 yaşı qeyd edilib

03 aprel 2026 | 13:42
     Pirallahı rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş  kiçik leytenant Tural Cahangirovun atası Qələmhüseyn Cahangirovun 65 illik yubileyi qeyd olunub. Yubiley mərasimində RİH-nin məsul əməkdaşları  iştirak ediblər. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları RİH başçısının təbriklərini çatdıraraq Qələmhüseyn Cahangirova uzun ömür, cansağlığı arzulayıb, rayonun ictimai həyatında fəal iştirakına görə təşəkkürlərini bildiriblər.
       Şəhid atası Qələmhüseyn Cahangirov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü və minnətdarlığını bildirib.
Keçidlər