Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Baş Leytenant Teymur Məcidzadənin xatirə lövhəsinin açılış mərasimi olub

21 may 2026 | 15:09
      Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəsində Vətən müharibəsi şəhidi, baş leytenant Teymur Tehran oğlu Məcidzadənin adını daşıyan küçənin giriş hissəsində şəhidin xatirəsinə həsr olunan barelyefin açılış mərasimi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
      Çıxışlar zamanı Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış baş leytenant Teymur Məcidzadənin keçdiyi şərəfli döyüş yolundan, Vətənə sədaqətindən və göstərdiyi igidlik nümunələrindən bəhs olunmuş, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanmıb.
     Şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkür və minnətdarlıqlarını bildirərək onlara göstərilən diqqət və qayğının daim hiss olunduğunu qeyd ediblər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb.
      Daha sonra küçənin girişində quraşdırılmış mərmər xatirə lövhəsinin açılışı həyata keçirilib, tədbir iştirakçıları tərəfindən şəhidin xatirəsi ehtiramla yad olunub.

 

Keçidlər