Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cahangirov Tural Qələmhüseyn oğlunun təltif olunduğu orden və medal ailəsinə təqdim edilib

07 yanvar 2024 | 14:25
       Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda "Antiterror əməliyyatı"nda iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kiçik leytenant Cahangirov Tural Qələmhüseyn oğlu Azərbaycan Respublikası  Prezidentinin Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
      27 dekabr 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi,  Pirallahı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşları, həmçinin, döyüş yoldaşları və komandirləri "Antiterror əməliyyatında"  şəhid olmuş zabit Cahangirov Turalın təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni və “İgidliyə görə" medalını ailə üzvlərinə təqdim etdilər.
      Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir. 
Keçidlər