Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladının ad günü qeyd olundu

17 sentyabr 2024 | 13:26
      Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixlərdən biri də 24 saatlıq lokal xarakterli antiterror əməliyyatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm Zəfəri ilə nəticələndi. Antiterror əməliyyatı zamanı qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdan biri də Cahangirov Tural Qələmhüseyn oğludur.
       Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsinin sədrinin iştirakı ilə 17.09.2024-cü il tarixdə şəhid Tural Cahangirovun ailəsi Fərid Cahangirovun ad günü münasibətilə ziyarət edilmiş, şəhid övladının ad gününün qeyd olunmasında iştirak olunmuş və hədiyyə təqdim edilmişdir.
        Şəhid ailəsi onlara göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirmişdir.
Keçidlər