Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirildi

14 iyun 2023 | 16:52
      14 iyun 2023-cü il tarixdə respublikanın bütün regionlarında olduğu kimi, Pirallahı rayon məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
      Təntənəli şəkildə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
     “Son zəng” tədbirlərində iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşları məzunları əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik edərək, müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar arzulamış, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etmişlər. 2022-2023-cü tədris ilinin uğurlarından söz açılaraq qeyd edilmişdir ki, ölkə ərazisində yeni məktəblər tikilir, həmçinin əksər təhsil müəssisələri əsaslı təmir olunaraq, maddi-texniki bazasının gücləndirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışan natiqlər vurğulamışlar ki, cənab İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasət nəticəsində təhsilimiz ildən-ilə daha böyük nailiyyətlər qazanır. 2022-2023-cü tədris ili üzrə Pirallahı rayonunda fəaliyyət göstərən yeddi ümumtəhsil məktəblərində ümumilikdə 13 sinif üzrə 202 şagird məzun olmuşdur. Məktəblərimizin məzunları qəbul imtahanlarda daha uğurlu nəticələr göstərərək respublikamızda öncül yerləri tuturlar.
    Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildirdikdən sonra tədbirlər məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirimişdir.
Keçidlər