Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olundu

14 iyun 2024 | 14:23
         14 iyun 2024-cü il tarixdə respublikanın bütün regionlarında olduğu kimi, Pirallahı rayon məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
      Təntənəli şəkildə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
     “Son zəng” tədbirlərində iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşları məzunları əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik edərək, onlara xoş arzularını bildirmiş, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etmişlər. 2023-2024-cü tədris ilinin uğurlarından söz açılaraq qeyd edilmişdir ki, ölkə ərazisində yeni məktəblər tikilir, həmçinin əksər təhsil müəssisələri əsaslı təmir olunaraq, maddi-texniki bazası gücləndirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışan natiqlər vurğulamışlar ki, cənab İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasət nəticəsində təhsilimiz hər gün daha böyük nailiyyətlər qazanır. 2023-2024-cü tədris ili üzrə Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində ümumilikdə 12 sinif üzrə 174 şagird məzun olmuşdur.
        Natiqlər çıxışlarında qeyd etdilər ki, 2023-2024-cü tədris ili ölkəmiz üçün çox əlamətdar və tarixi hadisələrlə zəngin il olmuşdur. Azərbaycan öz suverenliyini bərpa edərək Qafqazın lider ölkəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü diplomatiya sayəsində dünyada Azərbaycana böyük etimad və hörmət göstərilir. Noyabr ayında COP29 kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi çox böyük hadisədir. Bu ölkəmizin nüfuzunun beynəlxalq aləmdəki təcəssümünün bariz nümunəsidir.
    Daha sonra tədbirlər məzunların hazırladığı bədii kompozisiya ilə davam etdirilmişdir.
Keçidlər