“Sülhə aparan yol” mövzusuna dair rayon gəncləri ilə görüş keçirilmişdir
16 sentyabr 2026 | 12:39
Cari ilin 12 sentyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Gənclər Evinin təşkilatçılığı ilə “21 sentyabr – Beynəlxalq Sülh Günü” münasibəti ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunan cari ilin 21 avqust – 21 sentyabr tarixləri ölkədə “Sülh aylığı” çərçivəsində “Sülhə aparan yol” mövzusuna dair rayon gəncləri ilə görüş keçirilmişdir.
Keçirilən görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Gənclər Evinin əməkdaşları və rayon gəncləri iştirak etmişlər.
Görüşün keçirilməsində əsas məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsi idi.
Gənclərlə görüş lövhədə slayd şəkilində, posterlərdə yazı və şəkillərlə izah edilərək diskusiya formasında təşkil olunmuşdur. Gənclər fəal iştirak edərək insan hüquqlarına və insan ləyaqətinə hörmətin daha da artırılmasına, qarşılıqlı anlaşma və həmrəyliyin gücləndirilməsinə, cəmiyyətimizdə sülh mədəniyyətinin daha da möhkəmləndirilməsinə, eləcə də hər kəsin sülhün qorunmasına töhfə verilməsi barədə öz fikir və təkliflərini bildirmişlər. Sülh və insan hüquqları anlamlarının bir birlərini tamamlaması və Azərbaycan Respublikasında insan hüquq və azadlıqların qorunması, eyni zamanda insanların əminamanlıq və sülh şəraitində yaşamalarının təmin edilməsi, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması barədə gənclərə çatdırılmışdır.







