Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil müəssisələrində “28 May Müstəqillik günü” ilə əlaqədar silsilə tədbirlər keçirildi

27 may 2024 | 13:13
25-27 May 2024-cü il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssislərində “28 May-Müstəqillik günü” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Məktəb rəhbərliyinin və kollektivlərinin iştirak etdiyi tədbirlər müstəqilliyimizin əsas simvollarından biri olan dövlət himnimizin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə öz işinə başlamışdır.
Daha sonra açılış mərasimində məktəb rəhbərliyi və müəllimlər çıxış edərək, bu tarixi günün əhəmiyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin qurulma tarixi haqqında geniş məlumat vermişlər. Çıxışlar zamanı Azərbaycanın müstəqillik mübarizəsi, dövlətçilik ənənələri və milli qürur məsələləri vurğulanmışdır. Eyni zamanda, Azərbaycanın bir əsrdə ikinci dəfə müstəqillik əldə etməsi və dövlətçiliyin möhkəmləndirilməsi prosesində Ümummilli lider Heydər Əliyevin rolu barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyev, ölkənin siyasi arenaya çıxması, müstəqilliyinin bərpası və dövlətin inkişafı üçün əsaslı tədbirlər görmüşdür. Onun rəhbərliyi altında Azərbaycan, daxili sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz qazanmışdır. Bugünsə Heydər Əliyev siyasəti onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Cənab İlham Əliyevin ali liderliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, dövlət bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır. O da qeyd edilmişdir ki, bu günün qeyd olunması şagirdlərə tarixi biliklər aşılamaqla yanaşı, onların vətənpərvərlik ruhunu da gücləndirir. Bu cür tədbirlər gələcək nəsillərin milli-mənəvi dəyərlərə sahib çıxan vətəndaşlar kimi yetişməsində mühüm rol oynayır.
Tədbirlər bədii hissə ilə davam etmiş, şagirdlər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeir proqramları təqdim olunmuşdur. Şagirdlərin çıxışları tədbirdə iştirak edənlər tərəfindən böyük maraqla izlənilmiş və alqışlarla qarşılanmışdır.
Keçidlər